ABŞ-dan olan həmsədr: İsveçrənin təcrübəsi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər
Yanvarın 13 və 14-də İsveçrənin paytaxtı Berndə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparılacaq. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.
C.Uorlik qeyd edib ki, İsveçrənin təcrübəsi Cənubi Qafqazda münaqişənin həllinə kömək edə bilər.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) İsveçrənin paytaxtı Bern şəhərində ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter ilə görüş keçirəcəklər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə olunacaq.