ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasından narahatdır
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarının artmasından narahatdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.
“Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir. ABŞ əvvəlki kimi münaqişənin danışıqlar yolu ilə Minsk qrupu çərçivəsində həllinin tərəfdarıdır. Biz hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlarda iştrak etməyə çağırırıq” – deyə C.Psaki bildirib.
Apa.az