Aİ vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanla işi davam etdirəcək

Posted by

Avropa İttifaqı vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanla işi davam etdirəcək. Trend xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, Aİ-nin Azərbaycanın vətəndaş cəmiyyəti və dövlət strukturları ilə təmasları daimidir və bu, həm Aİ, həm də Azərbaycan üçün vacibdir: “İstənilən ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu çox vacibdir və Azərbaycan da istisna deyil”.

M.Mard qeyd edib ki, Aİ Azərbaycan Prezidentinin NİDA vətəndaş hərəkatının keçmiş üzvlərinə şamil olunan sonuncu əfv sərəncamını alqışlayır: “Aİ belə addımların davamlı olacağına ümid edir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv olunanlar arasında NİDA vətəndaş hərəkatının üç keçmiş üzvü – Şahin Novruzlu, Elsevər Mürsəlli və Bəxtiyar Quliyev, eləcə də QHT rəhbəri Həsən Hüseynli də var.

Trend.az