AŞ PA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi təyin edəcək

Posted by

AŞ PA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi təyin edəcək

Gələn həftə AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisinin adı məlum olacaq. Bu barədə Trend-ə sabiq həmməruzəçi Cozef Debono Qrex (Malta) bildirib.

 

Onun sözlərinə görə, namizədin adı AŞ PA-nın yanvarın 26-30-da Strasburqda keçiriləcək qış sessiyası çərçivəsində məlum olacaq.

 

Sessiya çərçivəsində Azərbaycan üzrə bir həmməruzəçi təyin olunacaq. Həmməruzəçi Pedro Aqramunt (İspaniya) yeni ildə öz işini davam etdirəcək.

 

Beş il bu postda çalışan C.D.Qrexin səlahiyyəti ötən ilin noyabrında başa çatıb.

 

Trend.az