Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

Posted by

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Azərbaycanda səfərdədir. Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

 

Filipp Lefort səfər zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və milli təhlükəsizlik naziri Eldar Mahmudovla da görüşəcək.

Görüşlərdə Aİ və Azərbaycan arasında əməkdaşlığın genilşəndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq.

 

Qeyd edək ki, F.Lefort xüsusi nümayəndə qismində missiyasını bu ay başa vurur.

 

Trend.az