Aİ-nin Azərbaycandakı səfiri: “Ümid edirik ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişi bu yay qüvvəyə minəcək

Posted by

Aİ-nin Azərbaycandakı səfiri: "Ümid edirik ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişi bu yay qüvvəyə minəcək

 

Aİ-nin Azərbaycandakı səfiri: “Ümid edirik ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişi bu yay qüvvəyə minəcək

Aİ-nin Azərbaycandakı səfiri: "Ümid edirik ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişi bu yay qüvvəyə minəcək

 

Aİ üçün Avropa Qonşuluq Siyasəti böyük əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard Azərbaycan üzrə Avropa Qonsulluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatında bildirib.

 

Səfir qeyd edib ki, hesabatda qeyd olunduğu kimi, Aİ islahatların daha çox aparılmasını istərdi: “2014-2020 illər üçün 15,4 milyard avro ayrılıb ki, bu da Aİ-nin Qonşuluq Siyasətinə verdiyi önəmdən irəli gəlir”.

 

M.Mardın sözlərinə görə, Aİ ümid edir ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişi bu yay qüvvəyə minəcək.

 

Səfir bildirib ki, hesabatda Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Onun sözlərinə görə, əfsuslar olsun ki, münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməyib. “Amma ötən ilin noyabr ayında hər iki ölkənin prezidentləri görüşüb və görüşlərin bundan sonra da keçirilməsinə qərar veriblər”.

 

Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir. M.Mard deyib ki, hesabatda qeyd olunan tövsiyələrdən biri də Aİ nümayəndələrinə Dağlıq Qarabağ və ətraf rayonlara getməyə icazə verilməsidir.

 

Səfirin sözlərinə görə, Aİ enerji sahəsində əməkdaşlıqda Azərbaycana böyük önəm verir: “Aİ Minsk qrupunun üzvü deyil. Biz danışıqlar aparan tərəf deyilik. İşin mürəkkəbliyindən xəbərdarıq. Biz sülh istiqamətində tərəqqi olmasını istərdik. Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan bu prosesdə əsas tərəflərdir”.

 

Trend.az