Aİ komissarı Azərbaycanı nümunə göstərdi
Avropa İttiffaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohanes Xan Azərbaycanı nümunə göstərib.
Trend-in məlumatına görə, Y.Xan bu fikri “Bertelsmann Stiftung” Fondunun Brüssel ofisi tərəfindən təşkil olunmuş “Ukraynanın iqtisadiyyatını necə sabitləşdirmək olar?” adlı konfransda çıxışı zaman səsləndirib.
Açılış nitqi zamanı kiçik və orta müəssisələrin dəstəklənməsi üçün Avropa Komissiyası ilə Ukrayna arasındakı əməkdaşlıqdan danışan Y.Xan Azərbaycanı bu xüsusda nümunə göstərib.
Bu yaxınlarda Azərbaycana səfəri zamanı kiçik və orta müəssisələrin vəziyyətinin çox yaxşı olduğunu bildirən Y.Xan ölkədə müəssisələrin 15 dəqiqə ərzində qeydiyyatdan keçdiyi və qeydiyyatın online şəkildə edildiyi zaman daha az vaxtın sərf edildiyini diqqətə çatdırıb. O, Estoniyanın “e-governance” nümunəsi əsnasında ölkədə yaradılmış sistemi yüksək qiymətləndirib.
Trend.az