Aİ “Cənub axını” layihəsini prioritet hesab etmir?

Posted by

Aİ "Cənub axını" layihəsini prioritet hesab etmir?Aİ “Cənub axını” layihəsini prioritet hesab etmir?

Aİ "Cənub axını" layihəsini prioritet hesab etmir?

Cənub Qaz Dəhlizi “Cənub axını” layihəsindən fərqli olaraq, Avropa İttifaqı üçün prioritet layihədir. Bu barədə Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

 

Dekabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Türkiyədə danışıqların gedişində bildirdi ki, indiki şərtlərlə, həmçinin Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə RF Avropa bazarına Rusiya qazının çatdırılmasını nəzərdə tutan “Cənub axını” layihəsinin reallaşdırılmasını davam etdirə bilmir. Onun sözlərinə görə, Rusiya Türkiyədə yeni qaz nəqli sistemi tikmək və Yunanıstanla sərhəddə qaz infrastrukturu yaratmaq niyyətindədir.

 

Xanım M.Mard deyib ki, “Cənub axını” Avropa İttifaqı üçün heç vaxt prioritet olmayıb: “Dəfələrlə dediyimiz kimi, Aİ üçün prioritet Cənub Qaz Dəhlizi layihəsidir. Bizim üçün bu dəhlizin genişlənmə imkanının olması da vacibdir. Çünki biz istəyirik ki, gələcəkdə onunla böyük həcmdə qaz nəql olunsun”.

 

Aİ rəsmisi qeyd edib ki, Avropa İttifaqı Azərbaycan və Türkmənistanla üçtərəfli dialoqu davam etdirir: “Bizim üçün Cənub Qaz Dəhlizi ilə təkcə Azərbaycandan deyil, Xəzər regionunun digər ölkələrindən də qazın nəql olunması vacibdir”.

 

Nümayəndəliyin rəhbəri əlavə edib ki, Azərbaycan təkcə indiki məqamda mövcud olan qaz nöqteyi-nəzərindən deyil, həm də Aİ üçün çox vacib olan gələcək həcmlər baxımından böyük potensiala malikdir.

 

Trend.az