AŞ baş katibinin Azərbaycana səfərinin tarixi dəyişdirilib
Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın mayın 8-də Azərbaycana gözlənilən səfəri növbəti dəfə təxirə salınıb. Bu barədə Trend-ə Avropa Şurasının mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətindən qeyd olunub ki, T.Yaqlandın Azərbaycana səfəri mayın 19-20-nə planlaşdırılır.
Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində T.Yaqlandın Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri gözlənilir.
Trend.az