Aİ Azərbaycanda insan hüquqları sahəsindəki müsbət dəyişiklikləri alqışlayır

Posted by

Aİ Azərbaycanda insan hüquqları sahəsindəki müsbət dəyişiklikləri alqışlayır

Aİ Azərbaycanda insan hüquqları sahəsindəki müsbət dəyişiklikləri alqışlayır

Aİ Azərbaycanda insan hüquqları sahəsindəki müsbət dəyişiklikləri alqışlayır

Avropa İttifaqı (Aİ) Şurasının Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) geniş tərkibli nümayəndə heyəti bu gün Ədliyyə Nazirliyində olub.

 

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Azərbaycanın Aİ ilə əməkdaşlığa önəm verdiyi, bu mötəbər qurum ilə Şərq Tərəfdaşlığı çərçivəsində görülən işlər, o cümlədən ədliyyə sahəsində birgə uğurlu layihələrin həyata keçirilməsi vurğulanıb, bu yaxınlarda Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində Alt-Komitənin keçirilmiş iclasının insan hüquqları, demokratiya və ədliyyə sahəsində əlaqələrin inkişafına töhfə verdiyi qeyd edilib.

 

Aİ-nin Azərbaycanla münasibətlərinin yeni mərhələyə keçdiyini və bu əlaqələrin bərabərlik, qarşılıqlı hörmət və etimad əsasında bərpa edildiyini qeyd edən COEST rəhbəri Karolin Vinot ikitərəfli danışıqların aparılması üçün Aİ tərəfindən yeni mandatın müəyyən edilməsinin strateji tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsinə imkan verəcəyini vurğulayıb.

 

Qonaq hər bir ölkədə qanunun aliliyinin, məhkəmə sisteminin müstəqilliyinin təmin olunmasının iqtisadiyyatın inkişafına müsbət təsir göstərdiyini söyləyərək Aİ-nin Azərbaycanda insan hüquqları və məhkəmə-hüquq sahəsindəki müsbət dəyişiklikləri alqışladığını və bundan sonra da islahatlara dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

 

K.Vinot Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Ədliyyə Nazirliyi arasındakı səmərəli qarşılıqlı fəaliyyəti təqdir edib.

 

Trend.az