Fransa parlamenti prezidentin vəzifədən kənarlaşdırılması qaydası haqqında qanun qəbul edib

Posted by

Fransa parlamenti prezidentin vəzifədən kənarlaşdırılması qaydası haqqında qanun qəbul edibFransa parlamenti prezidentin vəzifədən kənarlaşdırılması qaydası haqqında qanun qəbul edib

Fransa parlamenti prezidentin vəzifədən kənarlaşdırılması qaydası haqqında qanun qəbul edib

Fransa parlamenti prezidentin vəzifəsindən kənarlaşdırılması qaydası haqqında qanun qəbul edib. Trend xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Layihənin səsverməsi ötən gecə Senatda keçirilib. Bu ilin yanvarında Milli Məclis layihəni dəstəkləmişdi.

Qanunun müddəaları “tutduğu yüksək vəzifəyə uyğun olmayan səhv hərəkətlərə yol verdiyi halda” dövlət başçısının hakimiyyətdən tezliklə uzaqlaşdırılması prosedurunu nəzərdə tutur. Fransız hüquqşünasların şərh etdiyi kimi, qanun həm cinayət (məsələn, adam öldürmə), həm də prezident tərəfindən bilavasitə öz vəzifələrinin yerinə yetirilməməsi, həmçinin Nazirlər Şurası iclasının keçirilməsindən və qanunları təsdiqləməkdən əsaslandırılmamış şəkildə imtina kimi halları nəzərdə tutur.

Bu hallar sırasında prezident tərəfindən konstitusiyanın müddəalarının həyata keçirilməsinə mane olma və ona verilmiş hakimiyyətdən sui-istifadə də var.

Вelə hallar qarşıya çıxdığı halda hər iki palata səs çoxluğu ilə xüsusi Ali Məhkəmə palatası yaratmalıdır. Onun tərkibinə parlamentin iki palatasının deputatları daxil olmalı, Milli Məclisin sədri rəhbərlik etməlidir.

Fransa Prezidenti məhkəmə palatasında şəxsən çıxış edə, yaxud öz nümayəndəsini göndərə bilər. Prezidentin vəzifəsindən kənarlaşdırılmasına dair mümkün qərar bir ay müddətində çıxarılmalıdır. Səsvermə bülletenlərlə aparılır və səslərin üçdə ikisindən çoxu qəbul edilir.

Bu qanunun hazırlanmasına sabiq dövlət başçısı Jak Şirakın hakimiyyəti dövründə, 2007-ci il konstitusiya islahatları çərçivəsində başlanılıb.

 

Trend.az