Bakıda Sosial müdafiə sahəsində elektron xidmətlər mövzusunda seminar keçirilir
Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başladı.
AzərTAc xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun və Beynəlxalq Sosial Təminat Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.
Bununla yanaşı, seminara Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
AzərTac/az