“BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının təşviqi, monitorinqi və tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilib
Qazaxıstanın Almata şəhərində Şərqi Avropa və Avropa İttifaqı ölkələrində “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının təşviqi, monitorinqi və tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə ölkəmizi Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli təmsil edib.
D.Rəhimli “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası istiqamətində Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
AzərTac.az