Azərbaycan və Avstriya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopfu qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında ikitərəfli əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb.
Həmçinin tərəflər iqtisadi, ticarət, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Trend.az