Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber bu gün Bakıya gələcək.
APA – nın Avropa İttifaqının rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, səfər zamanı H. Salber Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və baş nazirin müavini Əli Həsənovla görüşlər keçirəcək.
H. Salber həmçinin Bakı ətrafında yerləşən məcburi köçkünlərin yataqxanalarına baş çəkəcək.
Apa.az