Azərbaycanda 51 mindən artıq müharibə əlilli və onlara bərabər tutulan şəxsə Prezident təqaüdləri təyin olunub

Posted by

Azərbaycanda 51 mindən artıq müharibə əlilli və onlara bərabər tutulan şəxsə Prezident təqaüdləri təyin olunubAzərbaycanda 51 mindən artıq müharibə əlilli və onlara bərabər tutulan şəxsə Prezident təqaüdləri təyin olunub

Azərbaycanda 51 mindən artıq müharibə əlilli və onlara bərabər tutulan şəxsə Prezident təqaüdləri təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü il oktyabrın 1-dək 51 min 100 nəfərə Prezident təqaüdləri təyin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, bu ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan Prezident təqaüdlərində ciddi artımlar olub. Belə ki, müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən 2014-cü il aprelin 1-dən birinci qrup əlillərə 110 manatdan 150 manata, ikinci qrup əlillərə 85 manatdan 130 manata, üçüncü qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb. Böyük Vətən müharibəsi iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə bu il may ayının 1-dən 55 manatdan 100 manata çatdırılıb.

Eyni zamanda, birinci qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara əlavə olaraq ayda 60 manat məbləğində Prezident təqaüdü təyin olunaraq ödənilir.

 

AzərTac/az