Ötən 9 ayda Azərbaycanda 5491 müəssisə və təşkilat qeydiyyata alınıb

Posted by

Ötən 9 ayda Azərbaycanda 5491 müəssisə və təşkilat qeydiyyata alınıbÖtən 9 ayda Azərbaycanda 5491 müəssisə və təşkilat qeydiyyata alınıb

Ötən 9 ayda Azərbaycanda 5491 müəssisə və təşkilat qeydiyyata alınıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyata alınan müəssisə və təşkilatların sayı artaraq 5491-ə çatıb.

Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, yeni müəssisələrin 57,3 faizi Bakıda, 8,8 faizi Aran, 8,2 faizi Abşeron, 7,7 faizi Lənkəran iqtisadi rayonunda, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin doqquz ayında 55664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakı şəhərində, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki iqtisadi rayonlarında qeydiyyata alınıblar.

 

AzərTac/az