İlham Əliyev Litvanın milli müdafiə nazirini qəbul edib

Posted by

İlham Əliyev Litvanın milli müdafiə nazirini qəbul edibİlham Əliyev Litvanın milli müdafiə nazirini qəbul edib

İlham Əliyev Litvanın milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, Müdafiə nazirlikləri arasında əməkdaşlığın bu əlaqələrin genişləndirilməsindəki rolu qeyd edildi.

Söhbət zamanı yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi vurğulandı, Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekasın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyi bildirildi.

 

Trend/az