“Formula 1 Group”un baş icraçı direktoru Berni Ekklestoun Heydər Əliyev Mərkəzində olub

Posted by

"Formula 1 Group"un baş icraçı direktoru Berni Ekklestoun Heydər Əliyev Mərkəzində olub“Formula 1 Group”un baş icraçı direktoru Berni Ekklestoun Heydər Əliyev Mərkəzində olub

"Formula 1 Group"un baş icraçı direktoru Berni Ekklestoun Heydər Əliyev Mərkəzində olub

“Formula 1 Group”un baş icraçı direktoru Berni Ekklestoun Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olub. Bu barədə Trend-ə Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

 

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa məlumat verərək bildirib ki, Mərkəzin əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, siyasi irsinin dərindən öyrənilməsi və təbliğidir.

 

Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biridir. Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa olunmuş bu tikili paytaxtımızın qonaqlarının baş çəkdiyi əsas məkanlar sırasındadır.

 

B.Ekklestoun Mərkəzdə Heydər Əliyev Muzeyi, “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanış olub. Ümummilli liderin hakimiyyəti illərində istifadəsində olmuş və hazırda muzeydə nümayiş etdirilən avtomobillər qonağın xüsusi marağına səbəb olub.

 

B.Ekklestoun Mərkəzdə fransız rəssam Bernar Buffenin fərdi sərgisinə də baxıb. Bundan əlavə, qonağa Heydər Əliyev Mərkəzində yaxın vaxtlarda Azərbaycan Avtomobil Federasiyası tərəfindən “Klassik Avtomobil Sərgisi”nin təşkil olunacağı barədə məlumat verilib.

 

Sərginin eksponatlarından olan və hazırda Mərkəzdə nümayiş etdirilən retro avtomobillə xatirə şəkli çəkdirən B.Ekklestoun bu layihəni yüksək dəyərləndirib.

 

Trend.az