Azərbaycan və Serbiya Bakıda ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edicəklər
Bakıda Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunacaq. Danışıqlar Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin sentyabrın 9-10-da Azərbaycana gözlənilən səfəri çərçivəsində baş tutacaq. Bunu çərşənbə günü Trend-ə Serbiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Diplomatik nümayəndəlikdən deyiblər ki, İ.Daçiçin Azərbaycana səfəri çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi gözlənilir.
Qeyd edək ki, Serbiya və Azərbaycan ikitərəfli əlaqələri dinamik inkişaf edən strateji tərəfdaşlardır. Hazırda ölkələr arasında normativ-hüquq baza təqribən 30 sazişdən ibarətdir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 2677,13 min dollar təşkil edib.
Trend.az