Azərbaycan nümayəndə heyəti Londonda keçirilən beynəlxalq sammitdə iştirak edir

Posted by

Azərbaycan nümayəndə heyəti Londonda keçirilən beynəlxalq sammitdə iştirak edir

Azərbaycan nümayəndə heyəti Londonda keçirilən beynəlxalq sammitdə iştirak edir

Azərbaycan nümayəndə heyəti Londonda keçirilən beynəlxalq sammitdə iştirak edir

İyunun 10-da Londonun “ExCel” mərkəzində “Cinsi zorakılığa son” mövzusunda beynəlxalq sammit işə başlamışdır.

Azərbaycan sammitdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Sammitə Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq və BMT-nin qaçqınlar üzrə ali komissarının xüsusi elçisi Ancelina Coli həmsədrlik edirlər.

Açılış mərasimində çıxış edən həmsədrlər sammitin əhəmiyyəti və əsas məqsədi haqqında məlumat vermişlər.

Qeyd edilmişdir ki, sammit mövzu haqqında məlumatlılığın artırılması, öhdəliklərin yerinə yetirilməsində qlobal konsensus yaradılması və gələcək fəaliyyətin müzakirə edilməsi məqsədini daşıyır.

Bu mövzuya həsr olunmuş ilk genişmiqyaslı tədbir olan sammitdə hökumət rəsmiləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin nümayəndələri, yerli və xarici ekspertlər, KİV təmsilçiləri iştirak edirlər. Nümayəndə heyətlərinin tərkibinə hüquqi, hərbi, humanitar, məhkəmə və QHT sektorlarından, o cümlədən müdafiə və inkişaf sahələrindən nazirlər daxildir.

İyunun 10-da beynəlxalq sammitin ayrılmaz hissəsi hesab edilən “Fringe” adlı tədbirlər toplusu proqramı keçirilir. Proqrama əsasən ictimai məlumatlılığın artırılması məqsədi ilə “Fringe” üçün ayrılmış xüsusi geniş zalda mövzu ilə bağlı sərgilər, tamaşalar, filmlər nümayiş olunur, başqa tədbirlər keçirilir. “Fringe” iyunun 12-dək davam edəcəkdir.

Sammit çərçivəsində keçiriləcək görüşlər, plenar iclaslar, aparılacaq müzakirələr iyunun 11-də başlayacaqdır.

 

AzərTac.az