Növbəti mərhələdə Azərbaycanın regionlarında orta məktəb müəllimləri üçün də sınaq qiymətləndirmə keçirilə bilər

Posted by

Növbəti mərhələdə Azərbaycanın regionlarında orta məktəb müəllimləri üçün də sınaq qiymətləndirmə keçirilə bilər

Növbəti mərhələdə Azərbaycanın regionlarında orta məktəb müəllimləri üçün də sınaq qiymətləndirmə keçirilə bilər

Növbəti mərhələdə Azərbaycanın regionlarında orta məktəb müəllimləri üçün də sınaq qiymətləndirmə keçirilə bilər

Növbəti mərhələdə Azərbaycanın regionlarında calışan orta məktəb müəllimləri üçün də sınaq qiymətləndirmə keçirilə bilər. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri, QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, ölkədə ilk dəfə olaraq bu gün Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinə başlanılıb. Bugünkü sınaq qiymətləndirmədə bu prosesdə iştirak etməli olan müəllimlərin 95 faizi iştirak edib. Qiymətləndirilmə 4 gün ərzində (10-13 iyun) aparılacaq.

 

Bu gün rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxət müəllimlərinin sınaq qiymətləndirilməsi aparılır.

 

İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin bilikləri sınanacaq. İmtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib.

Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30 072 nəfər müəllimi iştirak edəcək.

 

Qiymətləndirilmə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilir.

C.Valehov qeyd edib ki, sınaq qiymətləndirməni attestasiyaya hazırlıq mərhələsi hesab etmək olar: “Ancaq direktorlar heç bir vəchlə müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələrindən onlara qarşı sınaq və təhdid məqsədi ilə istifadə edə bilməzlər. Çünki bu, bilavasitə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi prosesdir”.

 

Trend.az