İsveçrə Konfederasiyasının Prezidenti bir qrup azərbaycanlı məcburi köçkünlə görüşmüşdür
Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunun 2-də bir qrup azərbaycanlı məcburi köçkünlə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun iştirak etdiyi görüşdə ali qonağa Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir.
AzərTac.az