Milli Məclis “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib
Milli Məclis bu gün keçirilən plenar iclasında 5 qanunu qəbul edib.
“APA-Economics”in məlumatına görə, bunlar “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun, “Azərbaycan Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanununun ləğv edilməsi barədə qanun və “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanununun ləğv edilməsi barədə qanundur.
Apa.az