Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilmişdir

Posted by

Mayın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşların qəbulu keçirilmiş, onların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilmiş, ərizə və şikayətlərinə baxılmışdır.

Qaçqınlar və məcburi köçkünlər onları narahat edən məsələlərlə əlaqədar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət etmişlər.

Əli Həsənov müraciətləri diqqətlə dinləmiş, onların bir sıra problemləri yerindəcə həll edilmiş, digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün qeydiyyata alınmışdır.

Hər ayın 15-də keçirilən qəbulda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, komitənin Bakı rayonları üzrə nümayəndələri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak edirlər. Vətəndaşların qəbulu ilə bağlı məlumatlar Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.

AzərTac.az