Gəncədə Soma faciəsinin qurbanları anıldı

Posted by

Gəncədə Soma faciəsinin qurbanları anıldı

Gəncədə Soma faciəsinin qurbanları anıldı

Gəncədə Soma faciəsinin qurbanları anıldı

Manisa vilayətinin Soma rayonundakı kömür mədənində çoxsaylı insan tələfatına səbəb olmuş qəza ilə bağlı Türkiyənin Gəncədəki Baş konsulluğunda anma mərasimi keçirilib.

Vitse-konsul Özkan Özcan bildirib ki, “bir millət, iki dövlət” olan ölkələrimiz belə ağır günlərdə bir-birinin yanındadır. Azərbaycan Prezidenti İlham Əliyevin və rəhbər şəxslərin, ziyalıların başsağlığı mesajı, eyni zamanda, qardaş xalqın göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir.

Mərasimdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov öz çıxışlarında kömür mədənində baş vermiş partlayışın ağır faciə olduğunu bildiriblər. Çıxışçılar bu dəhşətli qəza nəticəsində həlak olan vətəndaşlara Allahdan rəhmət diləyiblər.

Anma mərasimində tanınmış ictimai-siyasi xadimlər, Gəncə şəhərində fəaliyyət göstərən türk iş adamları, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Sonra qonaqlar faciə ilə əlaqədar səfirlikdə açılmış “Xatirə kitabı”na ürək sözlərini yazıblar.

 

Trend.az