Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Vaşinqtonda tədbir keçirilmişdir

Posted by

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Vaşinqtonda tədbir keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Vaşinqtonda tədbir keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Vaşinqtonda tədbir keçirilmişdir

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən mayın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Vaşinqtonda tədbir keçirilmişdir. Vaşinqtondakı diplomatik korpusun nümayəndələrinin, yerli ictimaiyyətin təmsilçilərinin və Azərbaycan icmasının üzvlərinin qatıldıqları tədbirin fəxri qonağı ABŞ Nəqliyyat Komandanlığının sabiq rəhbəri, hərbi hava qüvvələrinin generalı Danken Maknab olmuşdur.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi inkişaf yolundan danışmışdır. Səfir, həmçinin Ümummilli Liderin ABŞ ilə ikitərəfli münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işləri xatırlatmış və bunun nəticəsində qarşılılıqlı münasibətlərin möhkəm zəmin üzərində qurulduğunu vurğulamışdır. E.Süleymanov ölkələrimizin hərbi qüvvələri arasında qurulmuş məhsuldar əməkdaşlığı nümunə göstərmiş və tədbirin fəxri qonağı olan, ABŞ-ın Nəqliyyat Komandanlığının sabiq rəhbəri, general Maknabın Azərbaycandan keçməklə Əfqanıstana gedən Şimal Paylayıcı Şəbəkəsinin yaradılmasındakı mühüm rolu barədə danışmışdır. Səfir general Maknabın iştirakı ilə həyata keçirilən bu layihənin əslində regionumuzdan keçən tarixi İpək Yolunun gerçəkləşməsinə real töhfə verdiyini diqqətə çatdırmışdır.

Daha sonra E.Süleymanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində general Danken Maknaba ABŞ-Azərbaycan tərəfdaşlığının inkişafına verdiyi töhfələrə görə fəxri lövhə təqdim etmişdir. İlk belə mükafat ilə ötən ilin mayında ABŞ Konqresinin sabiq üzvü Dən Börtn təltif olunmuşdur.

Göstərilən diqqətə görə təşəkkür edən Danken Maknab Azərbaycan haqqında xoş təəssüratlarından danışmış, eləcə də ölkəmizə səfəri və Prezident İlham Əliyev ilə görüşündən xatirələrini bölüşmüşdür. General Azərbaycan ilə qurulmuş əməkdaşlığı yüksək qiymətləndirmiş, azərbaycanlı tərəfdaşlar, o cümlədən “Silk Way Airlines” şirkətinin dəstəyini və peşəkarlığını təqdir etmiş, Azərbaycanın regional nəqliyyat mərkəzi kimi böyük potensialını qeyd etmişdir. Bundan əlavə, o, Əfqanıstanla nəqliyyat əlaqəsinin təmin edilməsində Azərbaycanın strateji mövqeyini vurğulamış və Prezident İlham Əliyevin Əfqanıstanın sabit gələcəyinin təmin edilməsi sahəsində regional nəqliyyat şəbəkəsinin inkişafının mühüm əhəmiyyəti barədə uzaqgörən fikirlərini yüksək qiymətləndirmişdir.

 

AzərTac.az