Həmsədrlər Kəlbəcər və Laçın rayonlarına səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər və Laçın rayonlarına baş çəkməyi planlaşdırırlar.
APA-nın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.
Qeyd edək ki, həmsədrlərin regiona səfəri mayın 16-da başlayacaq. Onlar Bakıya mayın 19-da gələcəklər.
Apa.az