Ərdoğan şaxtada baş vermiş partlayışla əlaqədar Albaniya səfərini təxirə saldı

Posted by

Ərdoğan şaxtada baş vermiş partlayışla əlaqədar Albaniya səfərini təxirə saldı

Ərdoğan şaxtada baş vermiş partlayışla əlaqədar Albaniya səfərini təxirə saldı

Ərdoğan şaxtada baş vermiş partlayışla əlaqədar Albaniya səfərini təxirə saldı

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 200-dən çox insanın ölümü ilə nəticələnən şaxtada baş vermiş partlayışla əlaqədar Albaniyaya bu gün nəzərdə tutulan rəsmi səfərini təxirə salıb.

 

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan bu gün partlayışın baş verdiyi Manisa vilayətinin Soma şəhərinə gedəcək.

 

Qeyd edək ki, Türkiyədə kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri “TRT Haber” yayıb.

 

Nazir qeyd edib ki, qəza vaxtı şaxtada 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.

 

Daha əvvəl 166 nəfərin öldüyü bildirilirdi. Onların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki partlayış növbə dəyişikliyi zamanı baş verib.

 

Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində, yerin təxminən 2 km dərinliyində baş verib.

 

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.

 

Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.

 

Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadınlardır.

 

Trend.az