Sağlamlıq imkanları məhdud gənclərin ictimaiyyət nümayəndələri və incəsənət xadimləri ilə görüşü keçirilib

Posted by

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili istiqamətində müvafiq tədbirlər keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, belə tədbirlərdən biri kimi, mayın 13-də mərkəzdə ictimaiyyət nümayəndələri, tanınmış xanəndələr və müğənnilərlə görüş keçirilib.

Mərkəzdə xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s. üzrə peşə hazırlığı kursları təşkil edilir. Tədbir iştirakçıları hazırda ölkənin müxtəlif bölgələrindən gəlmiş 95 nəfər əlilliyi olan şəxsin peşə təlimində olduğu mərkəzdə peşə hazırlığı işinin təşkili, habelə əlilliyi olan şəxslərə burada göstərilən xidmətlərlə yaxından tanış olublar. Həmçinin incəsənət nümayəndələri burada fəaliyyət göstərən ifaçılıq dərnəyinin üzvləri ilə həmsöhbət olub, onlara öz tövsiyələrini veriblər.

Daha sonra əlilliyi olan şəxslər üçün xalq mahnıları və muğamlardan, görkəmli bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Mərkəzin ifaçılıq dərnəyinin üzvləri də öz istedadlarını nümayiş etdiriblər. Konsert proqramı çərçivəsində “Çağrı” adlı yeni klip təqdim olunub.

Tədbir mərkəzin kollektivinə xoş təəssüratlar bəxş edib.

Trend.az