Elçin Quliyev cənub bölgəsinin sakinlərini qəbul edəcək

Posted by

Elçin Quliyev cənub bölgəsinin sakinlərini qəbul edəcək

Elçin Quliyev cənub bölgəsinin sakinlərini qəbul edəcək

Elçin Quliyev cənub bölgəsinin sakinlərini qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-leytenant Elçin Quliyev Lənkəranda cənub bölgəsinin sakinlərini qəbul edəcək.

DSX-nin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, may ayının 22-də saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-leytenant E.Quliyev tərəfindən Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərinin qəbulu keçiriləcək.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları mayın 20-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

 

Trend.az