Azər Bayramov: Azərbaycan iqtisadiyyatında sabitlik sonrakı illərdə də təmin olunacaq

Posted by

Azər Bayramov: Azərbaycan iqtisadiyyatında sabitlik sonrakı illərdə də təmin olunacaq

Azər Bayramov: Azərbaycan iqtisadiyyatında sabitlik sonrakı illərdə də təmin olunacaq

Azər Bayramov: Azərbaycan iqtisadiyyatında sabitlik sonrakı illərdə də təmin olunacaq

2013-cü ilin yekunları üzrə Azərbaycanın dövlət büdcəsinin mədaxil hissəsi 101,8 faiz yerinə yetirilib. Daxilolmalar 2012-ci illə müqayisədə 2,215 milyard manat, yaxud 12,8 faiz artaraq 19,496 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov bazar ertəsi parlamentin İqtisadi siyasət komitəsinin “2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcənin xərcləri proqnoz üzrə 96,4 faiz çox yerinə yetirilib və 19,143 milyard manat olub ki, bu da ötənilki göstəricini 1,727 milyard manat, yaxud 9,9 faiz üstələyir.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın qeyd etdiyi kimi, ölkədə ÜDM ötən il 5,8 faiz artaraq 57,7 milyard manat olub. Adambaşına ÜDM həcmi 4,4 faiz artaraq 6207,3 manat (7912,5 dollar) təşkil edib.

Qeyri-neft sektorunda 32,6 milyard manat, neft sektorunda isə 25,1 milyard manat həcmində əlavə dəyər istehsal olunub.

2013-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları 9 faiz artaraq 50 milyard dolları ötüb.

S.Həsənovanın sözlərinə görə, ölkənin valyuta ehtiyatları dövlətin xarici borclarını 9 dəfə üstələyib və 3-4 il ərzində idxalın örtülməsi üçün kifayət edəcək: “Ölkənin makroiqtisadi göstəriciləri iqtisadi sistemin sabitliyini və bu möhkəmliyin sonrakı illərdə də təmin olunacağını göstərir. Bunu ötən il 2,4 faiz səviyyəsində olan inflyasiya göstəriciləri də sübut edir”.

 

Trend.az