Bakıda Azərbaycan-Fransa biznes Forumu öz işinə başlamışdır

Posted by

Bakıda Azərbaycan-Fransa biznes Forumu öz işinə başlamışdır

Bakıda Azərbaycan-Fransa biznes Forumu öz işinə başlamışdır

Bakıda Azərbaycan-Fransa biznes Forumu öz işinə başlamışdır

Mayın 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa biznes forumu öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, biznes forumda dövlət və hökumət nümayəndələri ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən 200-dək azərbaycanlı, 90-dək fransalı iş adamı iştirak edir.

Forumun plenar sessiyasında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Fransa Şirkətlər Birliyinin (“MEDEF International”) Fransa-Azərbaycan Biznes Şurasının və Torpaqların Müdafiəsi və Təhlükəsizlik Sənayesi Birliyinin (GİCAT) rəhbəri Kristian Mons çıxış etmişlər.

Sonra biznes forum “Ənənəvi enerji və gələcəyin enerjisi”, “İqtisadi şaxələndirmə və sənayenin inkişafı”, “İnfrastruktur və yeni texnologiyalar” mövzularında “dəyirmi masa”larla işini davam etdirəcəkdir.

Sonda Azərbaycan-Fransa sənədləri imzalanacaqdır.

 

AzərTac.az