TUMİB ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirib

Posted by

TUMİB ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirib

TUMİB ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirib

TUMİB ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirib

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Azərbaycan gənclərinin xaricdə təhsil almasında Heydər Əliyevin xidməti” adlı tədbir keçirilib.

TUMİB-dən Trend-ə verilən məlumata görə, tədbirdə İctimai Birliyin sədri Çingiz Bayramov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Rafiq Baxşəliyev, professor Fərrux Rüsəmov, professor Elman Quliyev, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Rusiyada təhsil almış Zakir Abdullayev, Litvada təhsil almış Ceyhun İbrahimov və digər qonaqlar, universitetin tələbələri iştirak ediblər.

Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib.

TUMİB-in sədri Çingiz Bayramov çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, gənclərə olan qayğısından danışıb. Bildirilib ki, Heydər Əliyev irsinin öyrənilməsi gənclərimizə sabaha inam aşılayır: “Ulu öndər hələ sovetlər birliyində ölkəyə rəhbərlik etdiyi dönəmlərdə azərbaycanlı gənclərin ittifaq ali məktəblərində təhsil alıb, peşəkar kadr kimi yetişməsinin əsasını qoyub. Bu gün yüksək dövlət idarəçiliyində təmsil olunan yüzlərlə kadr məhz ulu öndər Heydər Əliyevin sayəsində belə peşəkar mövqeyə sahib olub. Azərbaycan gəncliyinə bu gün diqqət yüksək səviyyədədir və ölkə gəncliyi bütün xarici ideologiyaların ölkəmizə idxalına qətiyyətlə “yox” deyir. Gənclərimiz azərbaycançılıq və Heydər Əliyev ideyalarına sadiqdir”.

Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev diqqətə çatdırıb ki, ulu öndər həqiqətən də Azərbaycan tarixində müstəsna rol oynamış bir şəxsiyyətdir: “Çünki dahi şəxsiyyət hələ Sovet dövründə bəlkə də hər şeyin “əla” olduğu bir vaxtda xalqının və millətinin gələcəyi haqqında düşünürdü. O zaman həqiqətən də xaricdəki təhsil respublika təhsilindən daha mükəmməl hesab olunurdu. Ən başlıcası təhsildə obyektivliyin təmin olunması əsas göstərici idi”.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Rafiq Baxşəliyev, professor Fərrux Rüsəmov, professor Elman Quliyev, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Rusiyada təhsil almış Zakir Abdullayev, Litvada təhsil almış Ceyhun İbrahimov çıxış edərək ulu öndərin daim azərbaycanlı gənclərin xaricdə təhsil almalarına böyük əhəmiyyət verdiyini vurğulayıblar.

 

Trend.az