Ölkədə qatarların sürəti artırılacaqdır

Posted by

Ölkədə qatarların sürəti artırılacaqdır

Ölkədə qatarların sürəti artırılacaqdır

Ölkədə qatarların sürəti artırılacaqdır

Hazırda Azərbaycanda elektrofikasiya – elektrik təchizatı, rabitə siqnal sistemi yenidən qurulur. Yeni sistem qurulandan sonra qatarların sürəti saatda 120-140 kilometr olacaqdır.

Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, respublikamızda sürətli qatar olmayacaqdır. Bunun əvəzinə ölkədə qatarların sürəti artırılacaqdır. İndi ölkədə qatarlar saatda 80-100 kilometr sürətlə hərəkət edir. Yollarda sürət artırıldıqdan sonra bu avtomatik sürətli qatarlara gətirib çıxaracaqdır.

Qeyd olunmuşdur ki, qatarların sürəti ilkin mərhələdə İpək Yolu boyunca, Gürcüstana kimi artırılacaqdır. Çünki 2015-ci ildə Bakı-Tbilisi – Axalkalaki xətti istifadəyə veriləcəkdir. Həmin xətlərdə isə qatarların hərəkət sürətinin 140 kilometrə çatması nəzərdə tutulmuşdur. Sonra isə qatarlar həmin sürətlə bütün ölkə daxilində hərəkət edəcəkdir.

Layihənin 2015-2017-ci illərdə reallaşdırılması planlaşdırılır.

 

AzərTac.az