İlk Avropa Oyunları ilə əlaqədar Azərbaycanın telekommunikasiya infrastrukturunda dəqiq yoxlamalar aparılacaq
Bu yaxınlarda Azərbaycanın telekommunikasiya infrastrukturunda dəqiq yoxlamalar aparılacaq. Trend-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, bu istiqamətdə işlər 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında xidmət keyfiyyətinin artırılmasını nəzərdə tutur: “Biz xüsusi standartların tətbiqi ilə əlaqədar xidmətlərin yoxlanışını aparacaq bir sıra texnologiya şirkətlərinə müraciət etmişik. Yoxlamalar bir-iki ay ərzində həyata keçiriləcək və onların yekunları üzrə müvafiq ölçülər götürüləcək”.
Trend.az