TQDK II və III siniflər üzrə dərslik komplektlərinin monitorinqini yenidən həyata keçirir

Posted by

TQDK II və III siniflər üzrə dərslik komplektlərinin monitorinqini yenidən həyata keçirir

TQDK II və III siniflər üzrə dərslik komplektlərinin monitorinqini yenidən həyata keçirir

TQDK II və III siniflər üzrə dərslik komplektlərinin monitorinqini yenidən həyata keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) II və III siniflər üzrə dərslik komplektlərinin monitorinqini yenidən həyata keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, II və III siniflər üzrə dərslik komplektlərinin monitorinqi ötən tədris ilində aparılıb.

Təhsil Nazirliyinin rəsmi müraciəti əsasında II və III siniflər üzrə dərslik komplektlərinin təkrar çapı ilə bağlı onların nəşrəqədərki maketlərinin monitorinqi aparılır. Bütün fənlər üzrə ötən il yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin müəyyən uyğunsuzluqlar hələ də qalmaqdadır. Monitorinq nəticəsində formalaşdırılacaq yeni rəylər yaxın vaxtlarda Təhsil Nazirliyinə təqdim ediləcək.

Komissiyadan bildirilib ki, Azərbaycan Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə ümumtəhsil fənləri üzrə dərsliklərin və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunub. TQDK tərəfindən bu müddət ərzində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi aparılıb. Yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-VI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 135 dərslik, 151 müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib.

Qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 156 dərslik və 4 müəllim üçün metodik vəsait müzakirə edilib.

 

Trend.az