Silahlı Qüvvələrin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başlayıb
Bakı şəhərində Azərbaycanın NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK/OCC) proqramı çərçivəsində Silahlı Qüvvələrin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başlayıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimlərində Silahlı Qüvvələrin 900 nəfərə yaxın şəxsi heyəti, 100-dək hərbi texnikası və 4 ədəd helikopteri cəlb olunub.
Təlimlərin qərargah və taktiki əməliyyat mərkəzində praktiki fəaliyyət göstərən motoatıcı taborun şəxsi heyətinin 5 sahə üzrə beynəlxalq və milli müşahidəçilər tərəfindən qiymətləndirilməsi həyata keçiriləcək.
Təlimlər mayın 8-dək davam edəcək.
Apa.az