Azərbaycan yol polisi sürücülər və piyadalara qarşı mübarizə tədbirlərini gücləndirir

Posted by

Azərbaycan yol polisi sürücülər və piyadalara qarşı mübarizə tədbirlərini gücləndirir

Azərbaycan yol polisi sürücülər və piyadalara qarşı mübarizə tədbirlərini gücləndirir

Azərbaycan yol polisi sürücülər və piyadalara qarşı mübarizə tədbirlərini gücləndirir

Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 5-dən “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinə start verilib. Bu barədə Trend-ə DİN Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. keçiriləcək.

 

Məlumata görə, mayın 11-dək respublika ərazisində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısı almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır.

 

Qeyd edək ki, statistik məlumatlara əsasən bu ilin 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 42 faizini, Bakı şəhərində isə 52 faizini təşkil edir. Təhlillər göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var.

 

Trend.az