ATƏT sədri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Rusiyaya gələcək
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel bazar günü telefon danışığında ilk növbədə ATƏT-in xətti ilə Ukraynada gərginliyin azaldılmasına yönələn, beynəlxalq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
ATƏT-ə sədrlik edən İsveçrə prezidenti mayın 7-də Ukraynada vəziyyəti müzakirə etmək üçün Moskvaya gəlir. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
“Putin və Merkel, ilk növbədə – ATƏT-in xətti ilə Ukraynada gərginliyin azaldılmasına yönələn səmərəli beynəlxalq tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər. Bununla əlaqədar mayın 7-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə konfederasiyasının prezidenti Didye Burkxalter Moskvaya gəlir”, – məlumatda deyilir.
Trend.az