Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

Posted by

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mayın 1-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının qərargahında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Sabirabad rayonlarından olan 40-dan çox vətəndaşı qəbul etmişdir.

Komitə sədri əvvəlcə qəbulda iştirak edən vətəndaşlara yeni hazırlanan dövlət torpaq aktlarını təqdim etmişdir.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən Rusiya və digər xarici ölkələrdə müvəqqəti yaşamaları səbəbindən onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, torpaq islahatı ilə əlaqədar müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verilməsi və digər məsələlərlə bağlı olmuşdur.

Gün ərzində aparılan qəbul zamanı komitənin sədri Q. Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırmış və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq şöbələrə tapşırıqlarını vermişdir.

Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülmüşdür.

Qəbuldan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə müsahibəsində yerlərdə vətəndaşların qəbulunun keçirilməsinin əhəmiyyətindən danışmışdır.

 

AzərTac.az