Səlim Müslümov: Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam 678 nəfəri əhatə edir

Posted by

Səlim Müslümov: Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam 678 nəfəri əhatə edir

Səlim Müslümov: Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam 678 nəfəri əhatə edir

Səlim Müslümov: Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam 678 nəfəri əhatə edir

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı növbəti sərəncamlar sosial cəhətdən həssas əhali qruplarına göstərilən dövlət qayğısının növbəti təzahürüdür”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə verilən Prezident təqaüdünün əhəmiyyətli şəkildə artırılmasını və Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini nəzərdə tutur.

S.Müslümov ilk olaraq “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 30 aprel 2014-cü il tarixli sərəncamı şərh edib. Nazir bildirib ki, bu sərəncama əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına, həmçinin Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) təyin olunan Prezident təqaüdünün aylıq məbləği 55 manatdan cari ilin may ayının 1-dən 81,8 faiz artırılaraq 100 manata çatdırılır. Sərəncam Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan 667 nəfər şəxsi və Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş 11 nəfər şəxsi, yəni ümumilikdə 678 nəfəri əhatə edir. Bu artımların təmin olunması üçün dövlət büdcəsindən əlavə olaraq ayda 30 510 manat, bu ilin 8 ayı ərzində isə 366 120 manat vəsait yönəldiləcək.

S.Müslümov Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi minik avtomilləri ilə təmin edilməsi üçün imzalanan sərəncam barədə də məlumat verib. Nazir xatırladıb ki, möhtərəm Prezidentimizin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin dövlət tərəfindən minik avtomobili ilə tam təmin olunması işləri aparılır və növbədə dayanmış 675 nəfərdən son üç həftədə 300 nəfərinə avtomobil verilib. Qalan 375 nəfər də bu ayın sonunadək maşınla təmin ediləcək. Artıq növbədə olan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin də qısa müddətdə xüsusi avtonəqliyyatla tam təmin edilməsi üçün sərəncam imzalandı.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 30 aprel 2014-cü il tarixli sərəncamına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılacaq. Diqqətinizə çatdırım ki, dövlət tərəfindən xüsusi nəqliyyatla təmin olunmaq üçün cari ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sayı cəmi 858 nəfərdir. Onlardan 293 nəfəri Böyük Vətən müharibəsi əlilləri, 141 nəfəri hərbi xidmət, 424 nəfəri isə Çernobıl əlilləridir”. Nazir vurğulayıb ki, Sərəncamın icrası nəticəsində növbədə dayanan bütün Böyük Vətən müharibəsi əlilləri ilin sonuna kimi avtomobillərlə təmin ediləcəkdir.

S.Müslümov hər iki Sərəncamın ümumilikdə 1536 nəfər şəxsi əhatə etdiyini qeyd edərək, həmin sənədlərdən irəli gələn vəzifələrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.

 

Trend.az