“Avenue Europa” Assosiasiyasını təmsil edən jurnalistlərə Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında ətraflı məlumat verilmişdir

Posted by

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mayın 1-də Fransanın Strasburq şəhərində qeydiyyatdan keçmiş və özündə müxtəlif üzv ölkələrin aparıcı media qurumlarının Avropa Şurası yanında akkreditasiya olunmuş müxbirlərini birləşdirən “Avenue Europa” Assosiasiyasını təmsil edən jurnalistlər ilə görüşmüşdür.

Əli Həsənov jurnalistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar.

Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını mətbuat işçilərinin diqqətinə çatdırmışdır.

Rəsmi Bakının münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Əli Həsənov bildirmişdir ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür.

Görüşdə maraq doğuran digər məsələlər müzakirə edilmiş, suallar cavablandırılmış, jurnalistlərə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilmişdir.

AzərTac.az