Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 3-dən 10-dək Kito şəhərində (Ekvador) Beynəlxalq Hərbi İdman Şurasının 69-cu Baş Assambleyası keçiriləcək.
Assambleyada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Trend.az