İcbari tibbi müayinə kampaniyası yekunlaşır

Posted by

İcbari tibbi müayinə kampaniyası yekunlaşır

İcbari tibbi müayinə kampaniyası yekunlaşır

İcbari tibbi müayinə kampaniyası yekunlaşır

Ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Nərimanov rayonunda yekunlaşmaq üzrədir.

 

 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rayonda tibbi müayinənin mütəşəkkil həyata keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirilib. Tibbi müayinələr rayon ərazisində fəaliyyət göstərən müasir standartlara cavab verən yüksək səviyyəli tibbi avadanlıqlarla təchiz edilmiş 9 poliklinikada həyata keçirilib. Aksiya başlanandan ötən müddət ərzində müayinədən keçənlər arasında təkrar tibbi müayinədən keçənlər də olub və onlarda əvvəlki müayinə zamanı aşkar olunmuş xəstəliklərinin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

 

30 aprel 2014-cü il tarixdə rayon ərazisində yerləşən 4 nömrəli şəhər poliklinikasında həyata keçirilmiş növbəti müayinə zamanı yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağına gələrək tibbi müayinədən keçiblər.

 

4 nömrəli şəhər poliklinikasının baş həkimi Leyla Əhmədova poliklinikanın yerləşdiyi ərazi üzrə ümumilikdə 13200 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 628 nəfərə ambulator, 120 nəfərə stasionar müalicə təyin edildiyini bildirib.

 

Fevralın 17-dən etibarən artıq Nərimanov rayonu üzrə 71395 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 8744 nəfərə ambulator, 220 nəfərə stasionar müalicə təyin edilib.

 

Qafqazinfo.az