Bərdə və Goranboy rayonlarında yeni yaşayış binaları əlil və şəhid ailələrinə təqdim olunacaq

Posted by

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bərdə rayonunda inşa olunan 4 mərtəbəli 36 mənzilli, Goranboy rayonunda isə 6 mərtəbəli 54 mənzilli yaşayış evlərinin tikintisi artıq başa çatmaqdadır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müasir tələblərə uyğun inşa olunan yaşayış evlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılır, sakinlərin mənalı istirahəti üçün müvafiq şərait yaradılır. Yaxın günlərdə binalardakı mənzillərin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Mənzillərin verilməsi ƏƏSMN-nin rəsmi internet saytında ictimaiyyətə açıqlanan növbəlilik əsasında həyata keçiriləcəkdir.

Cari ildə Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərinin əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Trend.az