Azərbaycan ilə Finlandiya arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur

Posted by

Azərbaycan Respublikasının Finlandiya Respublikasındakı səfiri Adış Məmmədov bu ölkənin xarici işlər naziri Erkki Tuomioja ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə A.Məmmədov Azərbaycanda gedən iqtisadi inkişafdan, dövlət quruculuğu sahəsində aparılan siyasi-hüquqi islahatlardan, o cümlədən Azərbaycan-Avropa münasibətlərindən və ölkəmizin bu qitənin enerji təhlükəsizliyindəki rolundan danışmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir A.Məmmədov bu problemin təkcə ölkəmizin deyil, bütövlükdə regionun inkişafına mənfi təsir göstərdiyini qeyd etmiş, Avropanın bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyini vurğulamışdır.

Sonra tərəflər arasında Azərbaycan-Finlandiya münasibətləri müzakirə olunmuş, iqtisadi-ticari əlaqələr və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Nazir Erkki Tuomioja Azərbaycan ilə əməkdaşlığın inkişafının Finlandiya üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və əlaqələrin bundan sonra da müsbət istiqamətdə inkişaf edəcəyinə əmin olduğunu qeyd etmişdir.

AzərTac.az