Azərbaycan prezidenti İsrailin xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İsrail xarici işlər naziri Aviqdor Libermanı qəbul edib.
APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.
Söhbət əsnasında həmçinin yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Apa.az