Budapeştdə Vışeqrad Qrupu və Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin plenar iclası keçirilmişdir

Posted by

Xəbər verdiyimiz kimi, Budapeştdə iki günlük işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da Vışeqrad Qrupu və Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin qatıldığı plenar iclasda iştirak etmişdir.

“Vilnüs və Riqa sammitləri arasındakı dövrdə Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı ortamüddətli vəzifələr” mövzusunda keçirilən iclasda Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlər, əsasən Assosiasiya Sazişi və viza sadələşdirilməsi, enerji və enerji təhlükəsizliyi məsələləri müzakirə olunmuşdur.

Tədbirdə çıxış edən E.Məmmədyarov Azərbaycanın Vişeqrad qrupu ölkələri də daxil olmaqla Aİ ölkələri ilə münasibətlərinin son illərdə intensiv şəkildə inkişaf etdiyini, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş və ölkəmizin Aİ-nin enerji təhlükəsizliyindəki rolundan, TAP layihəsindən danışmışdır.

Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ərazilərində olan münaqişələrə ədalətli və ikili standartlardan kənar yanaşmasının vacib olduğunu deyən nazir, Ukrayna məsələsində göstərilən həssaslığın Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da göstərilməsinin vacib olduğunu diqqətə çatdırmışdır. BMT-nin müvafiq qətnamələrini xatırladan E.Məmmədyarov, Ukraynada baş verən hadisələrə paralel olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı da məsələnin gündəliyə gətirilməsini tələb etmişdir. Ermənistan nümayəndəsinin Azərbaycanın münaqişə ilə bağlı “qeyri-konstruktiv” mövqe nümayiş etdirməsinə dair cəfəng iddiasını tutarlı faktlarla rədd edən nazir, Ermənistanın işğalçı siyasəti, onun ağır nəticələri barədə danışmışdır.

AzərTac.az