Azərbaycan və Braziliya arasında hərbi əməkdaşlıq müzakirə ediləcək
Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvətilə 28-29 aprel tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya işgüzar səfərə gedib. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əlaqələrin yaradılması, hərbi əməkdaşlığın istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Trend.az